Slovakiya milli komandasında üç futbolçu yığma karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Martin Şkrtel yığmadan getdiyini sosial şəbəkə hesabında bəyan edib. Kapitanla yanaşı, hücumçu Adam Nemets (33 yaş) və müdafiəçi Tomaş Quboçan (33 yaş) da yığma karyerasını bitirib.
Şkrtel 103, Quboçan 64, Nemets isə 42 dəfə milli komandanın formasını geyinib.
Qeyd edək ki, Slovakiya AÇ-2020-nin qrup mrəhələsində yığmamızın rəqibidir.
saytlarin hazirlanmasi