Emiliano Salanın ölümü ilə bağlı yeni xəbər

15:56 - 26 Fevral 2019

La-Manş boğazında təyyarə qəzasına düşərək vəfat edən Emiliano Salanın ölümü ilə bağlı yeni xəbər yayılıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə Hava Qəzaları Araşdırma Mərkəzi pilot David İbbotsonun səhvlərə yol verdiyini üzə çıxarıb. İbbotsonun xüsusi təyyarə ilə uçuş həyata keçirməsi üçün lisenziyası olmayıb. Pilot görmə məsafəsi aşağı olan havada uçuşu keçirməyə hazır olub, lakin hadisə günü hava olduqca dumanlı olub.

 

La-Manşın dərinliklərindən ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarənin qalıqları çıxarılıb və Salanın cəsədi də onun içində olub. 59 yaşlı pilot isə hələ də itkindir.

Xəbər xətti