U-21 millimizin sabiq məşqçisi Vladislav Yanuşun yeni iş yeri müəyyənləşib.
Sportal.az sportal.bg saytına istinadən xəbər verir ki, Yanuş Bolqarıstanın II Liqa təmsilçisi "Arda" klubunda məşqçi çalışacaq. 38 yaşlı mütəxəssis baş məşqçi Stoyço Stoyevə yardım olacaq.
Aşağı liqada 3-cü pillədə qərarlaşan "Arda" klubu qarşısına elitaya yüksəlmək hədəfi qoyub.
Qeyd edək ki, bolqar mütəxəssis U-21 millisində baş məşqçi olmuş Rəşad Sadıqovun köməkçisi idi. O, yığmadan ötən ilin dekabrında ayrılıb.
saytlarin hazirlanmasi