Bosniya və Herseqovinanın "Şrioki Breyq" klubunun qapıçı Kreşimir Bandiç dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, 23 yaşlı əlcək sahibi dostunun evində infarkt keçirib. O, xəstəxanaya çatdırılsa da, gözlərini əbədi olaraq yumub. Klub saytı məlumatı təsdiq edib. Bandiçin vəfatı ilə əlaqədər çempionat görüşləri 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, bosniyalı qapıçı ötən il "Mostar"dan "Şrioki Breyq"ə keçmişdi.
saytlarin hazirlanmasi