"Neftçi"nin sabiq qolkiperi Boban Baykoviç məşqçilik karyerasına start verib.
Sportal.az xəbər verir ki, karyerasını "Neftçi"də bitirən serbiyalı qapıçı ölkəsinin U-21 millisində məşqçi işləyəcək. O, qapıçı-məşçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Baykoviç 2017-ci ilin yanvarında "Neftçi"yə keçmişdi və mövsümün sonunda "ağ-qaralar"dan ayrılmışdı.
saytlarin hazirlanmasi