Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun rəmzi komandası açıqlanıb.
Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in 3 futbolçu rəmzi heyətə daxil edilib. A qrupunda "Qarabağ"In rəqibi olmuş APOELin qapıçısı Vid Belets də simvolik heyətə yer alıb. Sloveniyalı qapıçı "Sevilya" ilə görüşdə penalti dəf edib.
Qapıçı: Vid Belets (APOEL);
Müdafiəçilər: Eşli Yanq (“Mançester Yunayted”), Jorin Nyanyon (“Renn”), Qernot Troner (LASK), Qael Klişi (“Başakşəhər”);
Yarımmüdafiəçilər: Bukayo Saka (“Arsenal”), Roman Bezus (“Gent”), Xuan Mata (“Mançester Yunayted”), Takuma Asano (“Partizan”);
Hücumçular: Dioqo Jota (“Vulverhempton”), Meyson Qrinvud (“Mançester Yunyated”).
saytlarin hazirlanmasi