Azərbaycan kubokunun finalının məkanı müəyyənləşdi

00:03 - 4 Yanvar 2020

Bu gün İdman TV və Azərbaycan Radiosunda "Extra Time" verilişinin qonağı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub.

 

Sportal.az xəbər verir ki, PFL rəsmisi ölkə kubokunun finalının mayın 16-sı "Bank Respublika Arena"da keçiriləcəyini bildirib.

 

Kubokun finalının ənənəvi vaxtda, yəni 28 mayda keçirilməməsinə səbəb isə həmin ərəfədə Bakıda AÇ-2020 oyunları və Formula1 yarışlarına hazırlıq işləridir. PFL daxili çempionat oyunlarını daha tez yekunlaşdırmaq barədə qərar qəbul edib.

 

Xəbər xətti