"Beşiktaş" qış transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Napoli"dən Fernando Lyorenteni heyətinə cəlb etmək istəyir. İtaliya mətbuatı "ağ-qaralar"ın "Roma"da ehtiyatda qalan Nikola Kaliniçlə də maraqlandığını yazıb.
"Napoli"nin baş məşqçisi 34 yaşlı Lyorentini komandada saxlamaq istəmir. Neapollularda illik 2,5 milyon avro maaş alan ispaniyalı forvard "Beşiktaş"ın 3 milyon avro məvacib təklif etməsi halda, Super Liqa klubuna keçə bilər.
Lyorente bu mövsüm 19 oyuna 4 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi