Premyer Liqanın lideri “Qarabağ”da istirahət başa çatıb.
Sportal.az xəbər verir ki, ağdamlılar klubun bazasında bir araya gələrək, mövsümün ikinci yarısının hazırlığına start verib. Komanda ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.
Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında ağdamlılar 4 yoxlama oyunu keçirəcək. Ölkə çempionu yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.
saytlarin hazirlanmasi