"Neftçi" Rauf Əliyevlə yolları ayırdı

17:43 - 8 Yanvar 2020

“Neftçi”də ayrılıq reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Rauf Əliyevlə müqaviləyə birtərəfli şəkildə xitam verib.

 

Keçən ilin yayından "ağ-qaralar"da çıxış edən 30 yaşlı hücumçu bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qol vurub.

Xəbər xətti