Vaqner Silva: "Qarabağ"dakı karyeram böyük sürprizlə başladı"

11:23 - 9 Yanvar 2020

“Qarabağ”ın qapıçısı Vaqner da Silva lance.com.br saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı qolkiper Azərbaycana uyğunlaşmağın çətin olmadığını deyib:

 

"Komandaya uyğunlaşmaq çətin olmadı. Hər zaman mədəniyyətləri dəyişməyə və fərqli ölkələrin adətlərinə uyğunlaşmayacağım barədə beynimdə fikirlər var idi. Həyat yoldaşım, qızım və mən Azərbaycanı sevirik. Bakı gözəl şəhərdir. Düzdür, buranı az adam tanıyır. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Hər bir əcnəbi bura gələndə özünü rahat hiss edir. Əhali müsəlman olsa da, digər yerlərdəki kimi sərt deyillər". 

 

Təcrübəli oyunçu "Qarabağ"dakı debütünü xatırlayıb:

 

"Qarabağ"dakı karyeram böyük sürprizlə başladı. Komandaya gəldim və 4 gün sonra Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyada "Olimpiya"ya qarşı oynadım. Karyeramın möhtəşəm oyunlarından oldu. Çünki belə təcrübəm yox idi. Köhnə əlcək və köhnə butsla meydana çıxmışdım. Oyunda qalib gəldik və qol buraxmadım".

 

33 yaşlı qapıçı 2018-ci ildən "Qarabağ"da çıxış edir.

Xəbər xətti