Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.
U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.
saytlarin hazirlanmasi