"Qarabağ" qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniya La Liqasında çıxış edən "Leqanes"in forvardı Ovusu Kvabenanı heyətinə qatıb. 22 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalanıb.
Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb.
Yeni transfer Qananın əsas millisində də 4 oyuna çıxıb.