“Beşiktaş” baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 56 yaşlı mütəxəssislə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Komandanın Türkiyə kubokunun 1/8 finalında "Ərzurumspor"a uduzaraq, mübarizəni dayandırması rəhbərliyin belə qərar verməsinə səbəb olub. "Beşiktaş"ın baş məşqçi postuna Sərgən Yalçını gətirəcəyi iddia edilir.
"Qara qartallar" Super Liqanın turnir cədvəlində 30 xalla 7-ci pillədədir.
saytlarin hazirlanmasi