"Zirə"də gözlənilməz ayrılıq

17:47 - 29 Yanvar 2020

"Zirə" Xulio Sezar Rodriqes ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi paraqvaylı hücumçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.


29 yaşlı hücumçu 2019-cu ildən "Zirə"də çıxış edirdi.

 

Xulio qəsəbə klubunda 28 oyunda 15 qol vurmuşdu. Paraqvaylının orta məhsuldarlığı 0,54-ə bərabərdir. O, klub tarixinin bombardirləri siyahısında 17 qol vuran Nelson Bonilyadan geri qalırdı.

 

Xəbər xətti