"Başakşəhər"in məşqçisi "Qarabağ"da

13:18 - 30 Yanvar 2020

“Qarabağ” futbol akademiyasına türkiyəli məşqçi gətirib.

 

Sportal.az İHA-ya istinadən xəbər verir ki, Öndər Karaveli klubun akademiyasında koordinator köməkçisi vəzifəsinə təyin edilib.

 

45 yaşlı mütəxəssis daha öncə “Beşiktaş” və “Başakşehir”in U-21 komandalarında baş məşqçi olub. O, son olaraq, “Başakşehir”in U-19 komandasını çalışdırıb.

 

"Qarabağ"ın akademiyasının koordinatoru türkiyəli Tacəddin Doğandır.

Xəbər xətti