"Azərbaycanın futzal millisinin öz ölkəsinə aid olmadığını hamı bilir" - Xorvat məşqçi

14:14 - 30 Yanvar 2020

DÇ-2022-nin elit mərhələsinin ilk turunda Azərbaycan millisini məğlub edən Xorvatiyanın baş məşqçisi Mato Stankoviç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 2:0 hesablı qələbəni şərh edən xorvat mütəxəssis Azərbaycan millisində əcnəbi oyunçuların bol olmasından danışıb:

 

"Belə çətin qarşılaşmanı gözləyirdik. Futzalda hamı bilir ki, Azərbaycan yığmasının Azərbaycana aiddiyatı yoxdur. Bu, Azərbaycan-İran-Braziliya milli komandasıdır. Buna görə də ağır oyun gözləyirdik. Rəqibdə əcnəbilərin bolluğuna baxmayaraq, təzyiq etdik. Mükəmməl oyunumuza müdafiədə diqqətli davranmağımızı xüsusi əlavə edərdim.

 

Yaxşı oynadıq və layiqli qələbə əldə etdik. Azərbaycanın daha öncə hansısa oyunu qolsuz tamamladığını bilmirəm, amma müdafiədə sıx oynadıq, epizod az verdik. Slovakiyaya qarşı da bu cür oynamalıyıq. İndi zəif rəqib yoxdur, hamı mübarizə aparır".

 

Milli DÇ-nin elit-raunduna 14 futzalçı ilə yollanıb. Onlardan 8-i əcnəbidir.

Xəbər xətti