“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandanın yeni transferi Ovusu Kvabena barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 38 yaşlı kapitan qanalı forvard barədə bunları deyib:
“Onun oyunu mənə Reynaldonu xatırladır. O, driblinqi, rəqibin sıx müdafiəsini yarmaq bacarığı ilə braziliyalıya oxşayır. Komandaya uyğunlaşır. Amma əlbəttə ki, ona vaxt lazımdır. Biz hər şeyi edirik ki, Ovusu tam şəkildə komandaya, şəhərə və çempionata adaptasiya ola bilsin. İnanıram ki, o, “Qarabağ”ın ən yaxşı transferlərindən olacaq” (azerisport).
“Qarabağ” İspaniyanın “Leqanes” klubundan transfer etdiyi 22 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi