“Qarabağ”ın futboçusu Filip Ozobiç bu mövsüm Premyer Liqada ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında yoxlama görüşlərində iştirak edən xorvatiyalı yarımmüdafiəçi bu dəfə rəsmi matça çıxıb.
28 yaşlı futbolçu Premyer Liqanın 15-ci turunda “Səbail”lə qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub.
Ozobiç 2019-cu ilin iyulun 31-də "Dandolk"la Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnmişdi.
saytlarin hazirlanmasi