Qurban Qurbanov Kvabena Ovusunun oynamamasının səbəbini açıqladı: "Risk etmədim"

19:26 - 2 Fevral 2020

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 15-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunda yeni transfer Ovusu Kvabenanı meydana buraxmamasının səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 22 yaşlı hücumçunun yüngül zədəsinin olduğunu və onu süni ot örtüklü meydanda riskə atmaq istəmədiyini deyib:

 

"2 gün əvvəl məşqdə ayağından yüngül zədələnmişdi. Həm də "ASCO Arena"nın ot örtüyü sünidir. Buna görə də Ovusunu risk edib, meydana buraxmadıq. Növbəti görüşlərdə meydanda olacaq. Uyğunlaşması üçün də zaman lazımdır".

 

“Qarabağ” İspaniyanın “Leqanes” klubundan transfer etdiyi qanalı hücumçu ilə 3,5 illik müqavilə imzalayıb.

 

Xəbər xətti