"Dinamo"dan ayrılan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə bağlı "Championat" nəşrində yazı dərc edilib.
Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçunun Rusiyanın böyük klublarından birinə keçə biləcək ehtimalı var. Yazıda ölkənin top-klublarında oynaya biləcək azad agent statusu daşıyan 8 futbolçu müəyyənləşdirilib.
Onlar arasında Ramil Şeydayev də var. Şeydayev iddialı klublar üçün ideal ehtiyat qüvvə hesab edilib.
"Zenit"in yetirməsi ilə yanaşı, Fabio Koentrau, Martin Olsson, Vladimir Vayss, Dieqo Tardelli, Freddi Quarin, Obafemi Martins və Yuri Lodıgin də Rusiya klublarının maraq dairəsindədirlər.
Şeydayev 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Ramil mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib və 1 assist edib. Onunla yollar qış fasiləsində ayrılıb.
saytlarin hazirlanmasi