İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 3 nömrəli oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın XV turunun “Qəbələ” - “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
saytlarin hazirlanmasi