Alper Potukun "Qarabağ"a keçməməsinin səbəbi

14:14 - 4 Fevral 2020

“Fənərbaxça”nın futbolçusu Alper Potukun “Qarabağ”a keçidi baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, “Qarabağ” türkiyəli yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəsə də, tərəflər maliyyə məsələsində anlaşmayıb.

 

Türkiyə millisinin üzvü həm də İstanbulda yaşamaq istəyir. 28 yaşlı futbolçunun atası xərçəng xəstəliyindən əziyyət çəkir. Potuk İstanbulda müalicə alan atasının yanında qalmağı üstün tutub. Buna görə də futbolçu "Rizəspor" və "Qarabağ"ın təklifini qəbul etməyib.

 

Alper Potuk 2013-cü ildə "Əskişəhərspor"dan "Fənərbaxça"ya keçib. Onun "sarı-lacıvərdlilər"lə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Xəbər xətti