"Qarabağ"ın hücumçusu Mahir Emreli Premyer Liqanın 15-ci turunda "Səbail"lə səfər görüşündə komandasına qələbə qazandıran qolun müəllifi oldu.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu komandanın kapitanı Rəşad Sadıqovla qol sevincini bölüşdüyü fotonu sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib:
"Beynimizdə nəsihətlərin, kürəyimizdə əlin olduqdan sonra bizə zaval yoxdur, böyük kapitan!"
Mahir bu mövsüm bütün turnirləri nəzərə almaqla 26 oyuna 8 qol vurub, 6 assist edib.
saytlarin hazirlanmasi