"Qarabağ"ın futbolçusu Rahil Məmmədov Premyer Liqanın 16-cı turun "Neftçi" ilə qarşılaşmasında iştirak edə bilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə 25 yaşlı müdafiəçinin özü məlumat verib. Azərbaycan millisinin üzvü Ağdam təmsilçisinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının son günlərində zədələndiyini bildirib.
XV turda "Səbail"i 1:0 hesabı ilə yendikləri görüşü də buraxan Məmmədov hazırda fitness zalında məşq etdiyini söyləyib. O, yaşıl meydanlara nə vaxt qayıdacağına hələ aydınlıq gəlmədiyini əlavə edib (report).
Fevralın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi