Ramil Şeydayevin şikayəti təmin edildi - "Dinamo"nun qarşısına şərt qoyuldu

22:55 - 5 Fevral 2020

Rusiya Futbol İttifaqı "Dinamo"ya yeni transferlərini qeyddiyatdan keçirməyi qadağan edib.

 

Sportal.az xəbər verir ki, buna Moskva təmsilçisinin Ramil Şeydayevlə müqaviləni xitam verərkən öhdəliklərə əməl etməməsidir.

 

Federasiyanın qərarına əsasən, "Dinamo" Şeydayevin müqavilə öhdəlikləirini tam yerinə yetirdikdən sonra qadağa aradan qalxa bilər.

 

RFS Şeydayevin əmək müqaviləsinin əsaslandırılmamış səbəblər olmadan pozulmasına və kompensasiya tələbinə dair ərizəsini qismən təmin edib. RFS-in Mübahisələrin Həlli Palatası Şeydayevin öhdəliklərini müəyyənləşdirib.

 

23 yaşlı hücumçu 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Qış fasiləsində paytaxt təmsilçisi azərbaycanlı futbolçunun müqaviləsini ləğv etmişdi.

Xəbər xətti