Azərbaycan Premyer Liqasının 16-cı turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.
Sportal.az xəbər verir ki, ən yüksək göstərici Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınıb. “Qarabağ”ın “Neftçi” ilə qolsuz heç-heçə etdiyi turun bağlanış oyununu 3200 azarkeş izləyib.
Ən aşağı göstərici isə “Sabah” – “Qəbələ” (3:2) görüşündə qeydə alınıb. Masazırdakı “Bank Respbulika Arena”da 400 azarkeş olub.
"ASK Arena"da keçirilmiş “Keşlə” – “Səbail” matçını (0:1) 650, Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan “Sumqayıt” – “Zirə” görüşünü (2:1) isə 800 nəfər stadiondan izləyib.
Ümumilikdə turun 4 oyununda 5050 azarkeş olub. Bu da orta hesabla hər matçı 1265,5 nəfərin izləməsi deməkdir.