Roman Qriqorçuk: "Qarabağ" Ukraynada medallar uğrunda oynaya bilər"

13:41 - 16 May 2020

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk gazeta.ua saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, son olaraq "Astana"nı çalışdıran ukraynalı Azərbaycan cə "Qazaxıstan" futbolunu müqayisə edib:

 

"Hər iki ölkədə futbol səviyyəlidi. "Kayrat", "Astana" və "Qarabağ"ı götürsək, onların şəraiti idealdı. Onlar Ukraynada medallar uğrunda oynaya bilərlər. Demək olmaz ki, zəif komanda var. Hamısı yaxşı təmin olunub. Komandanı komplekləşdirmək üçün bütün şəraitə malikdilər. Əgər indiki Ukrayna çempionatı ilə müqayisə etsək, ciddi fərq yoxdu. Yalnız "Şaxtyor" və "Dinamo"nu ayıra bilərəm. İndi insanlar futbol haqda çox bilirlər. Bu ölkələrdə primitiv futbol oynayan komanda azdı. Hər bir klub inkişaf etmək istəyir və qarşısına iddialı hədəflər qoyur. Ona görə də futbolun harda zəif olduğundan danışmaz olmaz. Hazırda hər bir komandanın özünün siması, imzası var"

 

Təcrübəli mütəxəssis yerli iqlim şəraitindən də bəhs edib. O, Azərbaycanda şərtlərin futbol üçün əlverişli olduğunu deyib:

 

"Azərbaycanın iqlimi Qazaxıstandan fərqlənir. Orda müəyyən dövrlərdə güclü küləklər əsir. Amma bu, qısamüddətli hadisədi. Futbol planında orda rahatdı. Uzun səyahətlər və uçuşlar yoxdu. Çempionat payız-yaz sistemi üzrə keçirilir. Mövsümlərarası fasilə yayda olur. Komandalar təlim-məşq toplanışı üçün istilərin olmadığı sərin ölkələrə gedirlər. Avrokubokların təsnifat mərhələləri iyul-avqustda oynanılır. Həmin vaxt kifayət qədər ciddi istilər olur. Belə şəraitdə oynamaq çox çətindi. Əvəzində qış mülayim keçir. Çempionat, demək olar ki, yeni ilə kimi davam edir. Sonra isə kiçik fasilə olur və komandalar yenidən öz çıxışlarını bərpa edirlər. Qazaxıstanda şərtlər daha çətindi. Böyük ölkədi, hava şəraiti dəyişkən olur. Bəzi yerlər isti, bəzi yerlər soyuqdu. Arada böyük temperatur fərqi olur. Oyunlara ancaq təyyarə ilə getmək lazımdı. Hər komandanın meydançası yaxşı deyil. Ayrı-ayrı klublar süni örtükdə oynayırlar. Bunun isə futbola faydası olmur".

 

Qriqorçuk Azərbaycan və Qazaxıstan klublarına top-futbolçu cəlb etməyin çətin olduğunu, amma liqalarda keyfiyyətli legionerlərin oynadığınə söyləyib:

 

"Top-futbolçuların transferi çətindi. O, ilk növbədə, hətta maaş az olsa belə, Avropa çempionatlarından gələn təklifi nəzərdən keçirəcək. Üstəgəl uşaq baxçaları və məktəblərlə bağlı fərdi ailə tələbləri də var. Qazaxıstan və Azərbaycanda keyfiyyətli legionerlər oynayır".

Xəbər xətti