"Keşlə"nin yarımmüdafiəçisi Con Kamara sports.kz saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, Qazaxıstanın "Kaysar" klubunda oynamış syerra-leoneli futbolçu Azərbaycan çempionatı barədə danışıb:
- Ötən mövsüm bizim üçün yaxşı keçmədi. Ancaq qətiyyətli oldum, komandamız da yaxşı formada idi. Bu il tədricən öz oyunumuzu tapdıq. Mən də yaxşı oyun keçirməyə başladım.
- Bakıda yaşamaq rahatdır, yoxsa Qızılordada?
- Düzünü deyim ki, Bakı gözəldir və burada həyatı gözəlləşdirən çox amil var.
- Azərbaycan və Qazaxıstan çempionatlarını müqayisə edə bilərsiniz?
- Hər iki liqa çox yaxşı və rəqabətlidir. Fərq ondadır ki, Qazaxıstanda çox komanda var və buna görə matçlar artıqdır. Ancaq səviyyə eynidir.
- Azərbaycan mətbuatı sizin oyununuzla bağlı müsbət rəylər yazır. Bəs siz oyununuz razısız?
- Əlbəttə! Azərbaycandakı çıxışımdan çox məmnunam. Oynadığım hər oyunda inkişaf etməyə çalışacağam.
- Azərbaycan Qazaxıstandan çox fərqlənir?
- Azərbaycanda insanlarla danışmaq və onları başa düşmək daha asandır. Qazaxıstanda əsas problemlərdir biri dil məsələsi idi. Əsas da yaşadığım Qızılorda şəhərində.
- Azərbaycan Premyer Liqası sona 8 tur qalmış COVID-19 pandemiyasına görə dayandırılıb. Sizcə, yarış davam etdiriləcək?
- Bəli, çempionat dayandırılıb. Çox istərdim ki, yarışa davam edək, amma nə olacağını bilmirəm. Mayın ortasıdır, amma hələ oyunlar başlamayıb.
- "Keşlə" turnir cədvəlində 3-cüdür. Bundan razısınız?
- Əlbəttə. Bilirəm ki, klubda hər kəs üçün yaxşı yerdir.
- Azərbaycanda qalırsınız? Karantin rejimi orada necədir?
- Bəli, Bakıdayam. Karantin rejimi asan deyil, ancaq tövsiyələrə əməl etməliyik.
- Qazaxıstan çempionatı irəli gedir, yoxsa geriləyib?
- Çempionatı izləyirəm. Premyer Liqada bir çox yeni qayda qəbl edildi. Məncə, hər şey yolundadır.
- Mövsümün sonunda "Keşlə" ilə müqaviləni başa çatacaq. Karyeranızla bağlı qərar vermisiniz?
- Bəli, müqaviləm bitəcək. Təmsilçilərim bunun üzərində çalışır. Maraqlanıb mənə bir ço yerləri təklif ediblər - Türkiyə, Qazaxıstan və digər ölkələr.
- Bir gün Qazaxıstana qayıtmaq istəyərdiniz?
- Mən futbolçuyam və vəziyyətin yaxşı olduğu vaxt hər yerdə oynaya bilərəm.
saytlarin hazirlanmasi