"Qarabağ" serbiyalı futbolçunun transferini tamamladı

00:00 - 25 İyul 2020

"Qarabağ" Danimarkanın "Kopenhagen" klubunun yarımmüdafiəçisi Uroş Matiçin transferini həll edib.

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu müqavilə imzalamaq üçün tezliklə Bakıya gələcək. 30 yaşlı futbolçu ilə 3 illik razılıq əldə edilib.

 

Ağdam təmsilçisi "Kopenhagen"lə 1 illik müqaviləsi olan futbolçunun keçidi üçün müəyyən qədər təzminat ödəyib.

 

Yarımmüdafiəçi "Mançester Yunayted"in futbolçusu Nemanya Matiçin qardaşıdır. O, son mövsümü icarə əsasında keçirdiyi Kiprin APOEL klubunda 32 oyunda 3 qol vurub, 5 assist edib

Xəbər xətti