"Qarabağ" növbəti transferi gerçəkləşdirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kiprin APOEL klubundan yarımmüdafiəçi Uroş Matiçi heyətinə cəlb edib.
Matiç 8 nömrə altında çıxış edəcək.
Klub bu yay daha əvvəl Donald Gerye, Emil Balayev və Kevin Medinanı transfer edib.