Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Stale Solbakken komandadan ayrılan Uroş Matiçin “Qarabağ”a transferindən danışıb.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis serbiyalı futbolçunun Ağdam klubuna satılmasının səbəbini deyib:
"Matiçi çox yaxşı tanıyırıq. O, əsl peşəkar və yaxşı futbolçudur. Ancaq Uroşu oyun üslubumuza uyğunlaşdıra bilmədik. Açıq futbolda yaxşı mübarizə aparırdı, oyun səviyyəsini də inkişaf etdirdi. Ancaq ümid etdiyimiz, istədiyimiz kimi olmadı.
Biz məsuliyyətimizi yaxşı dərk edirik və heç bir sərtlik, inciklik olmadan yollarımız ayrıldı. O, bizə titul qazanmağa kömək etdi və Avropa Liqasında “Ayaks”la dramatik oyunlarında komandanın bir hissəsi olaraq mübarizə apardı, klubda iz buraxdı. Matiç və ailəsinə gələcəkdə ən yaxşı arzuları diləyirik. Onları həmişə “Kopenhagen”də gözləyirik”.
"Kopenhagen" 30 yaşlı yarımmüdafiəçini 2017-ci ildə Avstriyanın "Ştrum Qraz" klubunda 3 milyon avroya transfer edib. O, son mövsümü icarə əsasında Kiprin APOEL klubunda keçirib.
saytlarin hazirlanmasi