Dörd gün öncə Kiyev "Dinamo"sunun baş məşqçisi təyin edilən Mirça Luçeksu istefa verib.
Sportal.az xəbər verir ki, buna səbəb komandanın azarkeşlərinin etirazları səbəb olub. Fanatlar klubun əzəli rəqibi "Şaxtyor"u uzun illər çalışdıran mütəxəssisin təyinatını xoş qarşılamayıblar.
Rumıniyalı çalışdırıcı özü bu barədə məlumat verib: "Təəssüf ki, "Dinamo"dan ayrıldım. Xüsusilə də azarkeşlərin belə düşmən şəkildə münasibətindən sonra işləyə bilməzdim. Məsələn, "Qalatasaray"dan "Beşiktaş"a, "Dinamo"dan (Buxarest) "Rapid"ə (Buxarest) gedəndə fanatlar məni xoş qarşılamışdılar. Mən də xoş münasibətin qarşılığında onlara kubok vermişdim. Mənim "Dinamo"ya gəlməyimin səbəbi pul deyildi. Pul həyatda ən axırıncı dərdimdir. Futbola və Ukraynaya qayıtmaq istədim. Ukraynada əvvəlki rəqabətin olmasını istəyirdim. Çünki ölkə bunu haqq edirdi".
"Dinamo" azarkeşləri 74 yaşlı mütəxəssisin təyinatına görə etirazlar etmişdi.
saytlarin hazirlanmasi