"Neftçi" İran millisinin üzvünə təklif göndərdi

11:11 - 28 İyul 2020

"Persepolis"in futbolçusu Əli Əlipur "Neftçi"yə keçə bilər.

 

Sportal.az "Metaratings" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" 24 yaşlı hücumçuya illik 300 min avro maaş təklif edib.

 

Əlipur bundan əvvəl Macarıstan klublarından təklif alsa da, anlaşa bilməyib.

 

İran millisinin üzvü ötən mövsüm 16 matçda 7 qol vurub, 5 assist edib.

Xəbər xətti