Luçesku istefa qərarını dəyişdi

13:33 - 28 İyul 2020

Kiyev "Dinamo"sundan azarkeşlərin etirazına görə istefa verən rumıniyalı baş məşqçi Mirça Luçesku qərarını dəyişib.

 

Sportal.az xəbər verir ki, 74 yaşlı mütəxəssisin agenti Arkadiy Zaporajanu bu barədə məlumat verib. O bildirib ki, təcrübəli mütəxəssis klub prezidenti İqor Surkislə son danışıqdan sonra qərarını dəyişib.

 

Luçesku ötən gün Kiyev təmsilçisinin fanatlarının düşmən münasibətinə görə istefa vermişdi. Rumıniyalı çalışdırıcı "Dinamo"nun əzəli rəqibi "Şaxtyor"u 12 il çalışdırıb.

Xəbər xətti