Portuqaliya millisinin üzvü Rikardu Kuarejma Türkiyənin "Kasımpaşa" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.
Təcrübəli futbolçu 2019-cu ildə "Beşiktaş"dan İstanbul təmsilçisinə keçmişdi. O, ötən mövsüm Super Liqada keçirdiyi 27 oyunda 4 qol vurub.
saytlarin hazirlanmasi