“Kayserispor” baş məşqçisi Robert Prosineçkinin başa çatan müqaviləsini uzatmayıb.
Sportal.az xəbər verir ki, bu barədə Super Liqa klubunun prezidenti Berna Özbaşı məlumat verib
“Kayseripor” xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə 19 oyuna çıxıb, 6 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə uduzub. Kayseri təmsilçisi çempionatı son pillədə bitirib. Buna baxmayaraq, federasiyanın qərarına əsasən, aşağı liqaya enmə qaydası bu mövsüm olmayacaq.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.
saytlarin hazirlanmasi