"Sumqayıt" Qazaxıstan klubunun futbolçusunu transfer etdi

14:38 - 7 Avqust 2020

"Sumqayıt" yeni oyunçu alıb.

 

Sportal.az "Vesti"yə istinadla xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Qazaxıstanın "Kaspi" klubunun müdafiəçisi Kərəm Sultanovla anlaşıb. 24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Kərəm Qazaxıstanda "Ordabası", "Bayterek" və "Kızıl-Jar"da çıxış edib. İlin əvvəlində "Kaspi"yə keçən mərkəz müdafiəçisi komandada oyun keçirməyib.

 

Qazaxıstanın U-21 millisinin üzvü olmuş Sultanov bir neçə günə Azərbaycana gəlib, yeni klubuna azad agent statusu ilə qoşulacaq.

Xəbər xətti