“Kayserispor”dan ayrılan Robert Prosineçki karyerasını Türkiyənin digər klubu "Dənizlispor"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Super Liqa təmsilçisi ilə 2 illik razılığa gəlib. Rəsmi açıqlamanın tezliklə olacağı gözlənilir.
Xorvatiyalı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.
saytlarin hazirlanmasi