Norveç millisinin üzvü "Qalatasaray"da

16:16 - 8 Avqust 2020

Sağ cinah müdafiəçisi Mariano ilə yolunu ayıran "Qalatasaray" braziliyalı futbolçunun əvəzləyicisini tapıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Olimpiakos"la müqaviləsi başa çatan Omar Əlabddellauini rənglərinə bağlayıb. Norveç millisinin üzvünün "sarı-qırmızılar"dan təklif aldığını və "sarı-qırmızılar"a keçəcəyini açıqlayıb:

 

"Olimpiakos"dan ayrılmaq çətin qərar idi. Məni komandada saxlamağa çalışdılar. Ancaq "Qalatasaray"dan rədd edə bilməyəcəyim təklif aldım. Buna görə də Türkiyəyə getməyə qərar verdim".

 

28 yaşlı cinah müdafiəçisi 2014-cü ildən Afina klubunda çıxış edirdi. O, ötən mövsüm keçirdiyi 47 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti