Əfran İsmayılov: "Rəqib zəif və üzdə olmayan komanda olsa da, oyun ağır keçəcək"

16:51 - 9 Avqust 2020

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubu ilə qarşılaşacaq.

 

"Qarabağ" Avropa Liqasında bu ölkənin digər təmsilçisi "Metallurq"a 2 mövsüm rəqib olub və mübarizəni davam etdirib. 

 

Avropa Liqasının 2010/11 mövsümünün I təsnifat mərhələsində "Qarabağ" "Metallurq"la Bakıda keçirilən ilk görüşdə 4:1 hesabı ilə qalib gəlib. Cavab oyunundakı 1:1-lik heç-heçə təmsilçimizi növbəti mərhələyə çıxarıb. İlk matçdakı dörd qoldan birinin müəllifi olan Əfran İsmayılov keçmiş komandasının "Sileks"ə qarşı keçirəcəyi oyun barədə fikirlərini Sportal.az-a danışıb:

 

"Çətin oyun olacaq. Rəqib zəif və üzdə olmayan komanda olsa da, matç ağır keçəcək. Çünki qalib bir oyundan sonra müəyyənləşəcək. Bir oyunda isə bilininmir nə olacaq, nə baş verəcək. Komanda şəklində oynayıb, bir oyunda qalib gəlmək olar. Əlbəttə, "Qarabağ" öz sözünü demiş komandadır. İnanıram ki, yaxşı oyun göstərib, qələbə qazanacağıq. İndi çətin dövr keçirik və xalqımıza qələbə lazımdır. İnanıram ki, "Qarabağ" millətə sevinc yaşadacaq. Baxmayaraq ki, oyun çətin keçəcək".

Xəbər xətti