"Fənərbaxça" heyətinə yeni oyunçu qatıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın "Las Palmas" klubunun müdafiəçisi Maurisio Lemosu rənglərinə bağlayıb. Sequnda klubunun prezidenti Migel Anxel Ramires Türkiyə klubu ilə anlaşdıqlarını bildirib:
"İlkin razılıq olub. Transferin təmiz bitməsini gözləyirik. Ümid edirəm ki, növbəti həftə transfer tamamlanacaq".
"Fənərbaxça"nın 24 yaşlı futbolçunun transferi üçün 2,5 milyon avro təzminat ödəyəcəyi gözlənilir. Uruqvay millisinin üzvü ötən mövsüm keçirdiyi 27 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi