"Fənərbaxça" növbəti transferini bitirmək üzrədir.
Sportal.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Sosanı rənglərinə bağlayacaq. "Sarı-lacıvərdli" klubun 2+1 illik müqavilə təklifini qəbul edən argentinalı yarımmüdafiəçi tezliklə İstanbula yollanacaq.
35 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi