Aksiyada iştirak edən BATE-nin futbolçusu tutuldu

12:12 - 14 Avqust 2020

Belarusda Aleksandr Lukaşenkonun prezident "seçilməsinə" görə etiraz dalğası davam edir.

 

Sportal.az xəbər verir ki, xalqın etirazına idmançılardan da qoşulanlar var. BATE-nin hücumçusu Anton Saroka saxlanılanlar arasındadır. Məlumata görə, 28 yaşlı futbolçu avqustun 11-i polislərlə qarşıdurma zamanı tutulub.

 

Onunla yanaşı, xokkeyçi İlya Litvinov və MMA döyüşçüsü Aleksey Kudin saxlanılıblar. Litvinov sərəbəst buraxılsa da, digər idmançılardan məlumat yoxdur.

 

Aleksandr Lukaşenko 6-cı dəfə ölkə prezidenti "seçilib". Xalq diktator rejimə qarşı olduğu üçün Minsk və digər şəhərlərdə etirazlar edir.

Xəbər xətti