Çempionlar Liqasında 2020/21 mövsümündə birinci təsnifat mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" növbəti mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununda qələbə qazanan komanda ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
18 avqust
20:00 Qarabağ – Sileks (Şimali Makedoniya) - 4:0
Qollar: Xayme Romero, 11, Donald Gerye, 40, 51, Mahir Emreli, 80
Baş hakim: Yaroslav Kozık
Köməkçi hakimlər: Viktor Nijnik, Vladimir Korotin
Dördüncü hakim: Anatoli Abdulla (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna),