"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, UEFA-nın qərarına əsasən, təsnifat oyunları hələ ki azarkeşsiz keçiriləcək. Bu səbəbdən Tofiq Bəhramov adına Respublika stadionunda tribunalar boş olacaq.
"Qarabağ" avrokuboklarda hər zaman böyük azarkeş dəstəyinə öyrəşmişdi. Fanatlardan ilham alan ağdamlılar məlum səbəblərdən "12-ci oyunçu"nun köməyindən məhrumdur.
Stadiona buraxılan jurnalistlər üçün də müəyyən qaydalar tətbiq edilib.
saytlarin hazirlanmasi