"Qarabağ"ın qələbəsi Azərbaycanı reytinqdə irəli apardı

10:34 - 19 Avqust 2020

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinqində dəyişikliklər olub.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Şimali Makedoniyanın "Sileks" klubunu məğlub etməsi (4:0) Azərbaycanın 0,375 xal qazanmasına səbəb olub. Aktivində 14,750 xalı olan ölkəmiz 2 pillə irəliləyərək, 24-cü yerə yüksəlib.

 

Azərbaycanın ən yaxın izləyiciləri Qazaxıstan (14,750), Norveç (14,500), Rumıniya (14,450) və Belarusdur (14,125). 23-cü yerdə qərarlaşan Bolqarsıtanın 16,375 xalı var.

Xəbər xətti