Türkiyənin "Başakşəhər" klubunda ayrılıq baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Gökhan İnlerlə yollarını ayırıb. 36 yaşlı yarımmüdafiəçinin baş çatan müqaviləsi uzadılmayıb.
İnler 2017-ci ildən "narıncı-lacıvərdli" klubda çıxış edirdi. İsveçrə millisinin keçmiş üzvü "Sürix", "Udineze", "Napoli", "Lester Siti" və "Beşiktaş" kimi komandalarda oynayıb.
saytlarin hazirlanmasi