Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Eddi Nyutonla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.İngilis mütəxəssisin müqaviləsinə xitam verildiyi bildirilib.
“Trabzonspor” dünən Super Liqada “Kasımpaşa”ya 3:4 hesabıyla məğlub olub. Qaradəniz təmsilçisi 7 turdan sonra turnir cədvəlinin 18-ci sırasında qərarlaşıb.
Nyuton bu ilin avqustunda “Trabzonspor”a baş məşqçi təyin olunmuşdu. Buna qədər o, klubda köməkçi-məşqçi kimi fəaliyyət göstərirdi.
saytlarin hazirlanmasi