Honda klubsuz qaldı

16:38 - 31 Dekabr 2020

Yaponiya millisinin keçmiş futbolçusu Keysuke Honda Braziliyanın “Botafoqo” klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı vingerin başa çatan müqaviləsi uzadılmayıb. Yaponiyalı oyunçu San-Paulu təmsilçisinə faydalı ola bilmədiyi üçün azarkeşlərdən sosial hesabında üzr istəyib.

 

Keysuke Honda "Venlo", ÇSKA, "Milan", "Paçuka", "Melburn", "Vitess" kimi klublarda çıxış edib.

Xəbər xətti